Həyatını xilas edəni 5 il sonra həyata qaytardı: TƏSADÜFMİ, ZƏRURƏTMİ?
06 fevral 2021 17:17 (UTC +04:00)

Həyatını xilas edəni 5 il sonra həyata qaytardı: TƏSADÜFMİ, ZƏRURƏTMİ?

Bəzən elə hadisələr baş verir ki, sanki əvvəlcədən senariləşdirilib. Məsələnin mahiyyətinə varanda isə bunun tam təsadüfdən baş verdiyinin fərqinə varırsan.

Lent.az-ın təqdim etdiyi ağlasığmaz real hadisə ABŞ-ın Texas ştatında baş verib. 

Bir gün Texas sakini Allan Folbi idarə etdiyi maşınla qəza keçirir. Bu qəzada o, ayaq arteriya damarını zədələyir. Allan bu zədəyə görə ölə bilərdi. Lakin onun köməyinə hadisə yerindən maşını ilə keçən Alfred Smit adlı ştat sakini çatır. 

Alfred dərhal Allana kömək etmək üçün onun ayağını qanqrena olmasın deyə sarğı ilə bağlayır və dərhal təcili yardım çağırır. Beləcə Allan Fobi ölümdən qurtulur. 

Bu hadisədən 5 il sonra dəhşətli mistika baş verir. Allan Fobi artıq çoxdan sağalmışdı, sərbəst şəkildə maşın idarə edirdi. Günlərin birində illər öncə qəzaya düşdüyü yerdən keçərkən orada bir avtomobilin qəzaya düşdüyünü görür. Dərhal  sürücüyə yardım etməyə çalışır və görür ki, onun da ayağında olan arteriya damarı kəsilib… 

Allan həmin adama kömək edərkən dəhşətə gəlir. Çünki bu insan 5 il bundan qabaq onun həyatını xilas edən həmin Alfred Smit idi. Bu dəfə Alfredin sağ qalmasına Allan yetişir.

# 3846
avatar

Rəsul SARI

Oxşar yazılar