Müasir avadanlıqlar göstərib ki, görünməyən barisentri, əslində, Yer kürəsinin ətrafında döndüyü məhz həmin nöqtəni müəyyən etmək mümkün olub.
Astronomlar məşhur alim Nikolay Kopernikin nəzərə almadığı vacib bir xüsusiyyəti xatırladıblar: Günəş Günəş sisteminin tam mərkəzində yerləşmir. Bunun əvəzinə bütün planetlər, o cümlədən Günəşin özü barisentri ətrafında dövr edir.
Lent.az xarici mediaya istinadla bildirir ki. barisentri kütlələrin tarazlaşdığı, kosmosda görünməyən bir nöqtədir.
Qeyd olunur ki, barisentri planetlərin mövqeyindən və kütləsindən asılı olaraq dəyişir və ona ən çox Yupiter və Saturn təsir edir. Bəzən onların cazibə qüvvəsi o qədər güclü olur ki, kütlə mərkəzi Günəşin hüdudlarından kənara çıxır və nəticədə günəş yüngül “yırğalanma” hərəkəti edir.
Məhz belə yırğalanmalar astronomlara digər ulduzların yaxınlığında ekzoplanetləri kəşf etməyə imkan verir. Əgər ulduz “titrəyirsə”, deməli, onun yaxınlığında böyük kütləli bir obyekt ola bilər.
Buna baxmayaraq, Kopernik ümumilikdə yanılmamışdı. O, ilk dəfə olaraq Yerin kainatın mərkəzi olması fikrini rədd etmişdi. Müasir cihazlar isə bir məqamı dəqiqləşdirir: Günəş sisteminin mərkəzi sabit deyil və həmişə Günəşin içərisində yerləşmir. Bu, sistemdəki bütün obyektlərin - planetlərdən tutmuş Günəşin özünə qədər - cazibə “rəqsi”nin balansından asılı olan hərəkətli bir nöqtədir.
Kopernik nəyilə məşhurdur
Nikolay Kopernik (1473–1543) polyak astronomu və alimidir. O, Yer və digər planetlərin Günəş ətrafında döndüyünü inandırıcı şəkildə sübut edən ilk şəxs olub. Onun “Səma sferalarının dövranı haqqında” əsəri elmdə dönüş nöqtəsi yaradıb və insanların kainat haqqında təsəvvürlərini dəyişib. Onun ideyaları müasir astronomiyanın təməllərini qoyub.
Kopernik həm də riyaziyyatçı və həkim kimi tanınırdı. Üstəlik, tibbi özbaşına öyrənmiş və tanışlarını müalicə edirdi.
Yeni planet
Xatırladaq ki, yaxınlarda alimlər Günəş sistemində daha bir planet - “Y planeti”nin ola biləcəyi ehtimalını irəli sürüblər. Hətta iddia olunur ki, bu planet Yer ölçüsündədir və qayalıq tərkibə malikdir. Onun mümkün mövcudluğu Neptundan kənardakı qurşaqdakı obyektlərin qeyri-adi sapmalarından irəli gəlir.