Gopçu Pirim və Pinokkiodan qalan xəstəlik – Gopçuluq
06 avqust 2022 18:14 (UTC +04:00)

Gopçu Pirim və Pinokkiodan qalan xəstəlik – Gopçuluq

Demək olar ki, hamı yalan danışır. Sadəcə,  fərqli məqsədlərlə. Əslində yalnız doğruların  danışıldığı bir dünya da çox zalım dünya olardı. Görünür yaradan heç nəyi əbəs yerə yaratmayıb. 

Hərdən bir yalan söyləmək bir yana, bunu alışqanlıq halına gətirən adamlaın da olduğunu, daha doğrusu yalan danışmaq xəstəliyinin olduğunu bilirdiniz? Lent.az bu barədə maraqlı məlumatı təqdim edir. Bu xəstəliyin adı  mitomanidir. Bilə-bilə yalan danışmaq patologiyasının açıq elmi izahı yoxdur.

Mitomanlar, yəni patoloji yalançılar olmayan hadisələri ustalıqla danışar və qarşısındakı insanı inandırmağı bacarırlar. Xəyal güclərindən uydurduqlarını gerçək sanırlar. Başqa sözlə, öz yalanlarına özləri də inanırlar. Yalan demək üçün hansısa səbəbləri olmasa belə, yalan deməyə ehtiyac duyarlar. Mitomani xəstəliyi 15-16 yaşlarda başlayar. Müalicə edilmədiyində ciddi problemlər yaşana bilər. Cəmiyyətdə müəyyən nüfuzu olanlar arasından da peşəkar yalançılar çıxır.

Patoloji yalançılar özlərinin qəhrəmanlıq hekayələrini uydurur və ya özlərini qurban kimi təqdim edirlər. Rəğbət qazanmaq üçün öz  xəstəlikləri, yaxınlarının ölümü, birinin qəddarlığı barədə acılı hekayələr uydururlar. çox zaman davakar olurlar. Yalanı gizlətmək, özlərini güclü göstərmək üçün çox zaman davakar olurlar.

Bütün hallar üçün inandırıcı versiyaları öncədən uydurub, hazır saxlayırlar. Sirr saxlamağı bilmir və qeybət etməyi sevirlər. Həvəslə başqasının intim həyatını müzakirə edirlər.

Mitomaninin yaranmasına şəxsiyyət pozğunluqları, beynin xüsusiyyətləri (prefrontal korteksin üç hissəsində ağ maddə daha çox olur), tərbiyə forması, narkotik və alkoqol aludəçiliyi, depressiya, narahatlıq və ya obsesiv-kompulsiv pozğunluq səbəb ola bilər.  Bu xəstəliyin hələlik müalicəsi tapılmayıb.

Yeganə qorunma yolu onları tanımaq və dediklərinə inanmamaqdır. Hər halda belə adamlarla  bağlı böyük xəyallar qurmayın. Hər nə qədər Gopçu Pirim nağılları şirin görünsə də, reallıqda bu yalançının özü üçün deyil, yaxınları üçün üzüntülü bir yaşam tərzidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2370
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar