Gəzintiyə çıxarılan it dəfinə tapdı
01 may 2022 04:49 (UTC +04:00)

Gəzintiyə çıxarılan it dəfinə tapdı

Britaniyalı ailənin başına maraqlı iş gəlib.

Lent.az-ın xəbərinə görə, qohumları onlara bir neçə gün əvvəl it hədiyyə edib.

Ailə həftə sonu iti gəzintiyə çıxararkən heyvan onlardan bir qədər uzaqlaşaraq yeri oymağa başlayıb. Sahibləri də balaca köpəyin hərəkətinə tamaşa ediblər. Təxminən 10 dəqiqə sonra onlar sürprizlə qarşılaşıblar. İt yeri qazaraq 15 ədəd qızıl sikkə çıxarıb. Söhbət 15-ci əsrə aid, Britaniyada funt-sterlinqə qədər tədavüldə olan pullardan gedir. 

Tapılan sikkələrin ümumi dəyəri 10 000 dollardan çoxdur. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2333

Oxşar yazılar