Geoloqlardan fəlakət XƏBƏRDARLIĞI:   Kanada böyüklükdə ərazini su basacaq
03 fevral 2021 18:36 (UTC +04:00)

Geoloqlardan fəlakət XƏBƏRDARLIĞI: Kanada böyüklükdə ərazini su basacaq

İspaniyanın Geologiya və Mədənçilik İnstitutunda beynəlxalq bir qrup araşdırma zamanı bəşəriyyətin geniş miqyaslı bir fəlakətlə qarşılaşa biləcəyi qənaətinə gəlib.

Lent.az-ın xarici mediaya istinadla verdiyi xəbərə görə, tədqiqatçıların fikrincə, 2040-cı ilədək 12 milyon kvadrat kilometr ərazi su altında qalacaq.

Bu, iqlim dəyişikliyi və qlobal istiləşmə səbəbindən olmayacaq.

Belə hesab edilir ki, Yerin Kanadaya bərabər bir ərazisinin torpağın çökməsi səbəbindən su basa biləcək.

Bu proses təbiidən daha çox insanların aktiv müdaxiləsi səbəbindən baş verir.

Əsasən torpağın çökməsi əkinçilik ərazilərinin suvarılması üçün suyun vurulması ilə əlaqələndirilir.

Ekspertlər Yer kürəsində artan əhalinin və su vurmaq üçün səhv texnologiyaların tətbiq olunduğunu nəzərə alaraq, sadəcə müsbət nəticələnmə şansının olmadığını söyləyirlər.
 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2712
avatar

Oxşar yazılar