Forbes jurnalı 2025-ci il milyarderlərin siyahısını açıqlayıb.
Lent.az xəbər verir ki, siyahıda birinci yerdə Tesla və “SpaceX”in rəhbəri İlon Mask 342 milyard dollar sərvətlə qərarlaşıb.
Dünyanın ən zəngin 20 insanın hazırkı sərvətlərini təqdim edirik:
1. Siyahıya 342 milyard dollarla Tesla, “SpaceX” və “xAI” şirkətlərinin sahibi İlon Mask liderlik edir.
2. İkinci yerdə 216 milyard dollarla “Meta”nın qurucusu Mark Zukerberq qərarlaşıb.
3. Amazonun qurucusu Ceff Bezos 215 milyard dollarla üçüncüdür.
4. “Oracle”ın qurucusu Larri Ellison 175 milyard dollarla dördüncüdür.
5. “LVMH”nin rəhbəri Bernard Arnault178 milyard dollarla beşincidir.
6. “Berkshire Hathaway”ın sahibi Uorren Baffet – 154 milyard dollar.
7. “Google”un həmtəsisçisi Larri Peyc – 144 milyard dollar.
8. “Google”un digər həmtəsisçisi Sergey Brin – 138 milyard dollar.
9. “Zara”nın sahibi Amansio Orteqa – 124 milyard dollar.
10. “Microsoft”un keçmiş baş direktoru Stiv Balmer – 118 milyard dollar.
11. “Walmart”ın varisi Rob Uolton – 110 milyard dollar.
12. “Walmart”ın varisi Jim Uolton – 109 milyard dollar.
13. “Microsoft”un qurucusu Bill Qeyts – 108 milyard dollar.
14. “Bloomberg”in qurucusu Maykl Bloomberg – 105 milyard dollar.
15. “Walmartın” varisi Alisa Uolton – 101 milyard dollar.
16. “Nvidia”nın baş direktoru Jensen Huang – 98,7 milyard dollar.
17. “Dell Technologies”in qurucusu Maykl Dell – 97,7 milyard dollar.
18. “Reliance Industries”in rəhbəri Mukesh Ambani – 92,5 milyard dollar.
19. Meksikanın telekommunikasiya nəhəngi Karlos Slim Helu – 82,5 milyard dollar.
20. “L'Oréal”ın varisi Fransua Bettenkourt Meyers – 81,6 milyard dollar.