İnsanların ilin ən az hansı günündə və ayında doğulduğu məlum olub.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Kaliforniyadakı Annenberg Ünsiyyət və Jurnalistika Məktəbinin jurnalistika müəllimi Matt Stiles araşdırma aparıb.
Ən populyar dövr
Stiles belə qənaətə gəlib ki, insanlar iyul və sentyabr ayları daxil olmaqla daha çox bu zamanda dünyaya gəlirlər. Tədqiqatçı bunu uşağın gələcək doğulmasına 9 ay qalmış (oktyabr-dekabr) baş verən ilin ən tutqun günləri ilə əlaqələndirib.
Ən az doğum günlər
Hesablamalara görə, ən az insan 1 və 2 yanvarda doğulur. Fevralın 29-da da çox deyil, eləcə də noyabr və dekabrın son günlərində. Yəni Milad və Yeni il ərəfəsində doğum nisbəti (ən azı ABŞ-da) azalır.
Qeyd etmək lazımdır ki, tədqiqatçı yalnız ABŞ-da olan məlumatlara əsasən araşdırma edib. Buna görə də dünyanın qalan hissəsində hər şey fərqli ola bilər.