Düyməli telefonlarınızı atmayın - “Whatsapp” bunu da etdi
20 iyun 2021 04:13 (UTC +04:00)

Düyməli telefonlarınızı atmayın - “Whatsapp” bunu da etdi

 

“Whatsapp” tərtibatçıları insanlar arasındakı ünsiyyət imkanını daha da genişləndirmək qərarını veriblər.

Lent.az “technote”a istinadən xəbər verir ki, bundan sonra sözügedən messencer vasitəsilə “KaiOS” əməliyyat sistemli bir çox sadə düyməli mobil telefonlara zəngləri reallaşdırmaq mümkün olacaq.

“Whatsapp” hələ bir neçə il bundan öncə “KaiOS” platformasında istifadəyə verilmişdi. Ucuz telefonlara sahib istifadəçilər bunun sayəsində messencerin bir sıra funksiyalarından istifadə etmək imkanına sahib oldular.

 

Beləliklə onlar öz yaxınları ilə ünsiyyəti asan şəkildə davam etdirə bilirdilər. “Whatsapp”ın 2.2110.41 yenilənməsi ilə isə həmin istifadəçilər messencer vasitəsilə istənilən cihaza birbaşa zəng etmək imkanını əldə ediblər.

Tərtibatçılar bu yeni funksiyanı istifadəyə versələr də o, hamı üçün aktiv deyil. Belə ki, funksiyanın çalışması üçün telefon minimum 512 MB RAM-a sahib olmalıdır. Bu isə o deməkdir ki, ucuz düyməli telefona sahib bir çox istifadəçi messencer vasitəsilə birbaşa zəng funksiyasından istifadə edə bilməyəcək.

# 2499
avatar

Oxşar yazılar