Alimlər öz düşüncələrimizdən niyə yorulduğumuzu aşkarlayıblar.
Lent.az xəbər verir ki, zehni yorğunluq beyində qlutamatın toplanması səbəbindən baş verir.
Heç kimə sirr deyil ki, zehni iş ən az fiziki iş qədər yorucudur. Alimlər bununla bağlı araşdırma aparıblar və onların fikrincə, düşüncə prosesi ilə bağlı yorğunluğun yığılmasının səbəbini tapıblar.
Beləliklə, Parisdəki Pitie-Salpetriere Universiteti Xəstəxanasının mütəxəssisləri idrak işinin beyində kimyəvi dəyişikliklərə səbəb olduğunu irəli sürüb.
Alimlər bildirir ki, zehni yorğunluq beyində nəzarətdən məsul olan müəyyən kimyəvi maddənin yığılması nəticəsində baş verir. Bu maddə, glutamat, məməlilərin mərkəzi sinir sistemində mövcuddur və öyrənmə, yaddaş və yuxu dövrü kimi bir çox proseslərdə rol oynayır.
Tədqiqatçılar öz fərziyyələrini təsdiqləmək üçün eksperiment aparıblar. Onun iştirakçılarından 6 saat ərzində düşünməyi tələb edən müxtəlif tapşırıqları yerinə yetirmək istənilib. Yarısına sadə, yarısına isə mürəkkəb tapşırıqlar verilib. Nəticədə alimlər yorğunluq əlamətlərini ən çox mürəkkəb işləri yerinə yetirən qrupda müşahidə ediblər.
Beyindəki biokimyəvi dəyişiklikləri ölçmək üçün elm adamları iştirakçılara maqnit rezonans spektroskopiyası verib. Çətin və asan tapşırıqları yerinə yetirən iştirakçıların beyinləri arasında qlutamat səviyyələrində ölçülə bilən kimyəvi fərq nəzərə çarpıb. Tədqiqatçıların fikrincə, qlutamatın yığılması orqanizmin beyin fəaliyyətini saxlamaq üçün daha çox resurs sərf etməsinə səbəb olur və buna görə də insan daha çox yorulur.
Başqa sözlə, müəyyən tapşırıqlar haqqında nə qədər az düşünsək, öz düşüncələrimizdən bir o qədər az yoruluruq.