Çoxları yəqin ki, ən ölümcül yırtıcının aslana, pələngə və ya bəbirə olduğunu düşünür. Həqiqətən, bu böyük pişiklər əla ovçulardır, lakin onların bütün hücumları müvəffəqiyyətlə bitmir.
Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, ov səmərəliliyi baxımından dünyada ən təsirli yırtıcılar iynəcələrdir.
Harvard Universitetinin tədqiqatçıları 2012-ci ildə aşkar ediblər ki, onlar ovladıqları ovların 95%-ni tuta bilirlər. Bu yüksək göstərici iynəcələrin bir sıra uyğunlaşma xüsusiyyətləri ilə bağlıdır.
İynəcələrin qanadları müxtəlif əzələ qrupları tərəfindən idarə olunur, koordinasiyalı iş sayəsində həşərat yüksək sürət və manevr qabiliyyətini inkişaf etdirə bilər.
Neyroloq Entoni Leonardo hesab edir ki, iynəcələrin ovdakı uğurları həm də onların beyin xüsusiyyətləri ilə bağlıdır. O, ovun trayektoriyasını hesablamaq üçün optimallaşdırma alqoritmlərindən istifadə edərək hədəfi tutmağı asanlaşdırır.