Uzun müddət 2012-ci ilin dekabrında Romada hazırlanan pizza ən böyüyü hesab olunurdu. Onun “müəllifi” NIPfood restoranının aşpazı Dovilio Nardidir. Həmin pizzanın digər diqqətəlayiq xüsusiyyəti onun 100% qlütensiz olmasıdır.
Lent.az-ın məlumatına görə, bu rekord Pizza Hut ilə əməkdaşlıq edən “Airrack” kimi tanınan ABŞ bloggeri tərəfindən qırılıb.
Onlar birlikdə 1299,71 kvadratmetr sahəsi olan pizza hazırlamağa müvəffəq olublar.
Pizza Los Anceles Konqres Mərkəzində yerləşən zallardan birində yerləşdirilib.
Bu kulinariya şah əsəri üçün 6193 kq xəmir, 2244 kq şirin sous, 3992 kq pendir və 630 496 ədəd pepperoni salyaminin istifadəsi tələb olunub.
Təqdimatdan sonra pizzaya nə oldu?
Ənənəyə görə, hissələrə bölünərək Mələklər Şəhərinin xeyriyyə təşkilatlarına bağışlanıb.