Dünyanın ən bahalı şokoladı  harada və necə istehsal olunur? – QİYMƏT
24 fevral 2024 19:57 (UTC +04:00)

Dünyanın ən bahalı şokoladı harada və necə istehsal olunur? – QİYMƏT

Şirniyyatçılar həmişə fərqli şirniyyatlar hazırlamağa və onları məhdud sayda buraxaraq ictimaiyyəti təəccübləndirməyə çalışırlar. Amma elə məhsullar var ki, onlar məşhur şirniyyatçılar tərəfindən hazırlandığına görə deyil, istehsalın mürəkkəbliyi baxımından inanılmaz dərəcədə baha başa gəlir.

Lent.az xəbər verir ki, dünyanın ən bahalı şokoladı “To'ak” brendidir. Məlumata görə, onun bir qutusu 450 dollardır.

Bəs, bu şokolad növü niyə belə bahalıdır? 

Birincisi, kakao paxlası milli ağaclardan əldə olunur. İkincisi, məhsul tamamilə əl ilə yığılır, banan yarpaqları ilə örtülür və mayalanmaya buraxılır.

4-5 gündən sonra xammal təxminən iki həftə günəşdə qurudulur.

Üçüncüsü, quruduqdan sonra onlar anbarda 6-12 ay yetişir. Bundan sonra hər şey üyüdülür və maye kütlə alınır.

Dördüncüsü, bundan sonra şokolad “Don Julio” tekila, “Pedro Ximenez” şeri və “Woodford Reserve” burbonundan ibarət çəlləklərdə üç il müddətinə gözlədilir.

Bundan sonra şokolad bara çevrilir, qablaşdırılır və hər biri 100-200 ədəd olan nömrələnmiş taxta qutulara qoyulur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 8835
avatar

Sevinc Fərid

Oxşar yazılar