Dünyada orta temperatur arta bilər
11 dekabr 2020 12:30 (UTC +04:00)

Dünyada orta temperatur arta bilər

Koronavirus pandemiyasının səbəb olduğu istixana qazı tullantılarının azalmasına baxmayaraq, dünyada orta temperaturun əsrin sonunadək 3°C-dən çox arta biləcəyi bildirilib.

Lent.az xarici KİV-ə istinadən məlumat verir ki, BMT-nin Ətraf Mühit Proqramının (UNEP) hesabatına görə, koronavirus pandemiyasının səbəb olduğu istixana qazı tullantılarının azalmasına baxmayaraq, dünyada orta temperatur əsrin sonunadək 3°C-dən çox arta bilər.

UNEP-in icraçı direktoru İnger Andersenin qeyd etdiyi kimi, 2020-ci ildə gözlənilən emissiya azalması 2050-ci ilədək qlobal istiləşməni yalnız 0,01°C aşağı salacaq.

Hesabatda vurğulanıb ki, pandemiyadan sonrakı “yaşıl” bərpa tədbirləri istixana qazı tullantılarının 2030-cu ilədək 25 faiz azalmasına səbəb ola bilər. Bununla yanaşı, “yaşıl” bərpa tədbirlərinin dünyanın Paris İqlim razılaşması çərçivəsində təyin edilmiş 2°C-yə yaxınlaşmasına zəmin yaradacağı bildirilir.

Ümumdünya Meteorologiya Təşkilatı keçən həftə təqdim etdiyi illik iqlim hesabatında 2020-ci ve 2019-cu ildən sonra rekord səviyyədə isti keçən üçüncü il olmaq yolunda irəlilədiyini açıqlamışdı. 
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3525
avatar

Lamiyə Məmmədova

Oxşar yazılar