Dünyada geniş yayılmış ölümcül VİRUSLAR
08 aprel 2021 11:08 (UTC +04:00)

Dünyada geniş yayılmış ölümcül VİRUSLAR

İnsanlar qədim zamanda müxtəlif epidemiyadan əziyyət çəkiblər. Bu mübarizədə milyonlarla insan həlak olub.

Elmi-texniki inkişaf sayəsində insanlar arasında ünsiyyətin əlçatan olması da virusun surətl' yayılmasına səbəb olur. Keçmişdə virusun yayılması aylar sürərkən, müasir dövrümüzdə bir insan gün ərzində yüzlərlə şəxsi yoluxdura bilər.

Lent.az xarici KİV-ə istinadən bu günə qədər yüzlərlə, milyonlarla insanların vəfatına səbəb olan qorxunc virusları təqdim edir:

Yustinian taunu

“Yustinian taunu” yazılı mənbələrdə ilk qeydə alınan taun epidemiyasıdır. Bu dəhşətli bəla VI əsrin ortalarından VIII əsrin ortalarınadək davam edib. Xəstəlik bütün dünyada on milyonlarla insanı, təkcə Avropada 25 milyon insanın ölümünə səbəb olub. O dövrün ən böyük şəhərlərindən olan Konstantinopol (indiki İstanbul) əhalisinin üçdə ikisi həlak olub.

Qara ölüm

XIV əsrdə 50 milyondan çox insanın təlafına səbəb olan “qara ölüm” və ya  ikinci pandemiya Çində başlayıb, Hindistana, Afrikaya, Avropaya, hətta Rusiyaya qədər yayılmışdı. Təkcə 1352-ci ildə Avropa əhalisinin 1/3 hissəsi – 25 milyon insan bu virusdan həlak olmuşdu. 1442-ci ildə Venesiyada və demək olar ki, eyni vaxtda Rusiyada ilk dəfə olaraq taun əleyhinə karantin tədbirləri  tətbiq edilib.

Kokoliztli epidemiyası 

Meksikada yaranan bu epidemiya 1520-ci il ilə 1576-cı il arasında təxminən 15 milyon insanın ölümünə səbəb oldu. Virusun balıqlarda tapılan “salmonella” bakteriyasından qaynaqlandığı düşünülür.

Kolera epidemiyası

1817-1862-ci illərdə fasilələrlə baş verən və bütövlükdə 15 milyon insanı ölümünə səbəb olan kolera epidemiyası 7 dəfə geniş şəkildə dünyaya yayılıb. XIX əsrdə yaşamış müasir anesteziya, tibbi gigeniyanın banilərindən olan alim John Snov bu xəstəliyi dərindən araşdıraraq kökünün çirkli sulardan qaynaqlandığını ortaya çıxarıb.

İspan qripi

1918-ci ildə yayılmağa başlayan İspan qripinə 500 milyon insan yoluxub. Yüksək tempraturla müşahidə edilən virus, 50-100 milyon  sağlam insanın ölümünə səbəb olub. Bu rəqəm birinci və İkinci Dünya Müharibələrində ölənlərin ümumi sayından dəfələrlə çoxdur. Virusu digərlərindən fərqləndirən xüsusiyyət, bədənin immunitet sistemi nə qədər güclü olsa da, atəş daha yüksək olurdu. İspan qripi tarixin ən böyük fəlakətlərindən biri olaraq qeyd edilir.

Asiya qripi

1957-ci ildə Çində başlayan Asiya qripi ördəklərdə formalaşaraq insana keçən xəstəlik olduğu düşünülür. Asiya qripi adlanan xəstəlik təxminən 4 milyon insanın həyatına son qoyub. Elə eyni vaksinlə epidemiyanın qarşısı alındı. Bir ildə 40 milyon insan bu virusa qarşı peyvənd edilib. 

QİÇS virusu

20-ci əsrin ortalarında, meymunlardan insanlara keçdiyi ehtimal olunan bu virusa ilk dəfə 1959-cu ildə Konqoda rast gəlinib. Ancaq onun diaqnozu və adı yalnız 1980-ci illərdə elan edildi. Son 30 ildə 36 milyon insanın həyatına son qoyan virusun müalicəsi hələ də yoxdur. Xəstəliyə yoluxduqdan sonra ehtiyat tədbirləri görmək və ömür boyu dərman müalicəsi tətbiq etmək lazımdır.

SARS virusu

Şiddətli kəskin tənəffüs yolu sindromu ilə müşahidə olunan virus ilk dəfə 2003-ci ilin fevral ayında Avropa, Şimali Amerika və Asiyada müşahidə olunub. Virus qısa müddətdə Honq-Konqdan sonra  37 ölkədə yayılıb. 2002-2003-cü illər arasında 8 422 nəfər SARS-a yoluxub. Onlardan 916-sı vəfat edib. Lakin 2004-ci ildən bu yana dünyanın hər hansı bir yerində SARS-Cov infeksiyasına rast gəlinməyib.

Donuz qripi

"Donuz qripi"nə ilk dəfə 2008-ci ilin aprelində Meksikanın La-Qloriya kəndində yaşayan beş yaşlı oğlan Edqar Ernandes donuz ferması yaxınlığında yoluxub.

Həmin vaxtdan dünyanın 135 ölkəsində 134 mindən çox adam bu qripə tutulub, onların da 700 nəfərdən çoxu dünyasını dəyişib. Xəstələrin sayı ABŞ, Meksika, Kanada Böyük Britaniya, Çili və Avstraliyada daha çox olub

Ebola virusu

Ebola virusu Qərbi Afrikada yayılıb və 4 minə yaxın insanın ölümünə səbəb olub. Bu, 40 il əvvəl aşkar edilmiş virusun törətdiyi ən geniş epidemiya halıdır.

Ümümdünya Səhiyyə Təşkilatına əsasən, virusa 8 min adam yoluxub.

Koronavirus (COVİD-19)

2019-cu ilin dekabr ayının ortalarında, Çinin mərkəzi Hubey əyalətinin Uhan şəhərində yerli Huanan ət və dəniz məhsulları bazarında yerli sakinlərdə naməlum mənşəli pnevmoniya xəstəliyinin aşkar olunması ilə başladı. 31 dekabr 2019-cu ildə Çin hakimiyyəti naməlum pnevmoniyanın başlaması barədə Ümumdünya Səhiyyə Təşkilatına məlumat verdi. Azərbaycanda COVİD-19 virusuna yoluxma 273869-dur.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4536
avatar

Nigar Adil

Oxşar yazılar