Dünya ilə heç vaxt  əlaqə saxlamayan   tayfanın ilk görüntüləri 
22 fevral 2025 20:15 (UTC +04:00)

Dünya ilə heç vaxt əlaqə saxlamayan tayfanın ilk görüntüləri 

Amazon meşələrində yaşayan və müasir dünya ilə heç vaxt təmasda olmayan Massako qəbiləsinin ilk görüntüləri Braziliyanın Yerli Xalqlar Milli Fondu (Funai) tərəfindən sənədləşdirilib. 

Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, qəbilənin əhalisinin 300-ə yaxınlaşdığı və özünü tam təmin etdiyi bildirilir. Qəbilə uzun daxmaları, heyvan kəllələrindən düzəldilmiş totemləri, xarici dünyaya qarşı aldıqları sərt tədbirlərlə diqqət çəkir. 

Qəbilə yad insanları uzaqlaşdırmaq üçün qurduğu tələlər və sirli ayinləri ilə diqqət çəkir. 

Braziliyanın Yerli Xalqlar üçün Milli Fondu (Funai) tərəfindən yerləşdirilən gizli kameralar qəbilənin gündəlik həyatını sənədləşdirib. Funai rəsmisi Altair Algayer deyib: "Biz son ekspedisiyalarımız zamanı yeni daxmalar gördük. Onların əhalisinin 300-ə yaxınlaşdığını təxmin edirik". 

Braziliyanın qərbindəki Rondônia bölgəsində 1 milyon hektar ərazidə yaşayan qəbilə 3 metrdən uzun oxlarla ov edir və özünü tamamilə təmin edir. Tədqiqatçılar hələ də qəbilənin bu qədər uzun oxlardan necə istifadə etdiyini başa düşə bilməyiblər. 

Massakonu digər Amazon tayfalarından fərqləndirən ən mühüm xüsusiyyətlər uzun daxmaları, heyvan kəllələrindən düzəltdikləri totemlər və xarici dünyaya qarşı sərt tədbirlər görmələridir. Qəbilə ərazilərinə yaxınlaşan hər kəsi uzaqlaşdırmaq üçün meşə ərazisində iti taxta paylardan ibarət tələlər qurur. 

"Qabilənin varlığını sənədləşdirmək çox vacibdir" deyən Alqayer əlavə edib: "Çünki yalnız bu yolla onların yaşayış yerlərini qoruya bilərik. Bölgədəki işlərimiz 1992-ci ildən bəri davam edir və müşahidə edirik ki, qəbilə əhalisi durmadan artır”. 

Funai məmurları tayfanın mövsümi hərəkətlərini təqib edərək araşdırmalarını davam etdirirlər. Massakonun yağışlı mövsümün əvvəlində çəmənlikləri yandırdığı və yeni bitkilər cücərdiyi zaman həmin ərazidə məskunlaşdığı müəyyən edilib. 

Braziliyada mövcud olduğu bilinən 28 təcrid olunmuş qəbilədən biri olan Massako tayfasının qorunması da Amazon meşələrinin gələcəyi üçün böyük əhəmiyyət kəsb edir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1850

Oxşar yazılar