Doğum tarixinizə görə sizə  ən uyğun ətir  - O, sizin üçündür
04 may 2026 13:44 (UTC +04:00)

Doğum tarixinizə görə sizə ən uyğun ətir - O, sizin üçündür

0

Mütəxəssislər hesab edirlər ki, insanın ideal ətiri onun doğum tarixi ilə bağlı ola bilər. Məlumatlara görə, müəyyən qoxu notlarının uyğunluğu insanın fərdi xüsusiyyətləri ilə əlaqələndirilir.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, ayın 1, 10, 19 və 28-də doğulanlar enerjili və diqqətçəkən olduqları üçün sitrus və neroli notlu ətirlər onlara daha uyğun sayılır. Bu tip qoxulara Jo Malone və Chanel məhsullarında rast gəlmək mümkündür.

Ayın 2, 11, 20 və 29-da doğulanlar isə daha həssas və emosional hesab olunur. Onlara gül və ağ müşk notları tövsiyə edilir. Bu tip ətirlər Lancôme və Gucci kolleksiyalarında yer alır.

Ayın 3, 12, 21 və 30-da doğulan insanlar macəraçı və enerjili xarakterə malik olur. Onlar üçün daha yüngül və təravətli çiçək qoxuları uyğun sayılır. Məsələn, Marc Jacobs və Versace ətirləri bu kateqoriyaya daxildir.

Ayın 4, 13, 22 və 31-də doğulanlar praktik və zövqlü hesab olunur. Onlara səndəl ağacı və vetiver kimi torpaq notları tövsiyə edilir. Bu istiqamətdə Le Labo və Tom Ford məhsulları nümunə göstərilir.

Ayın 5, 14 və 23-də doğulanlar daha enerjili və spontan olur. Onlara ədviyyəli, kəhrəba və kardamon notlu ətirlər uyğun sayılır. Bu cür qoxular Yves Saint Laurent və Viktor & Rolf ətirlərində mövcuddur.

Ayın 6, 15 və 24-də doğulan şəxslər romantik və cazibədar xarakterə malikdir. Onlar üçün vanil və yasəmən notları tövsiyə olunur. Bu tip ətirlər Lancôme və Chanel kolleksiyalarında geniş yayılıb.

Ayın 7, 16 və 25-də doğulanlar sirli və düşüncəli hesab olunur. Onlara ud və tünd çiçək notları uyğun gəlir. Bu istiqamətdə Tom Ford və Maison Margiela ətirləri tövsiyə edilir.

Ayın 8, 17 və 26-da doğulan şəxslər güclü və diqqətçəkən xarakterə malik olur. Onlara kəhrəba və paçuli notları uyğun sayılır. Bu tip ətirlərə Giorgio Armani və Thierry Mugler məhsullarında rast gəlmək mümkündür.

Ayın 9, 18 və 27-də doğulan insanlar isə güclü və qoruyucu xarakterləri ilə seçilir. Onlara daha yüngül və balanslı qoxular tövsiyə olunur. Bu kateqoriyaya Issey Miyake və Maison Margiela ətirləri daxildir.

Mütəxəssislər qeyd edirlər ki, bu cür yanaşmalar daha çox fərdi zövqə və inanclara əsaslanır və elmi baxımdan təsdiqlənmiş metod hesab olunmur. Buna görə də seçim edərkən şəxsi üstünlüklər əsas götürülməlidir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 254

Oxşar yazılar