Dənizin suyu bir anda qəhvəyi oldu
29 yanvar 2023 02:46 (UTC +04:00)

Dənizin suyu bir anda qəhvəyi oldu

Türkiyənin Marmaris rayonu ərazisindən keçən dənizin rəngi anidən dəyişərək qəhvəyi olub.

Lent.az “TRT Haber”ə istinadla xəbər verir ki, buna səbəb kimi 2021-ci ildə Marmaris rayonunun İçmələr qəsəbəsi ərazisində baş verən meşə yanğınları zamanı təpələr üzərindəki yanmış sahələrin yağış suyu ilə yuyulması göstərilib. Məlumata görə, son günlər əraziyə yağan güclü yağışlar nəticəsində dağlardan axan palçıq suyun rənginə təsir edib. Qəhvəyi su dalğaları bəzi yerlərdə sahilə yayılaraq, əvvəlki rənginə qayıdıb. Yağışdan sonra su Kısayalı, Uzunyalı, Sitler və İçmeler çimərliklərinin 11 kilometrliyində mavi rəngə çevrilib. Dronlarla çəkiliş zamanı Marmarisin liman və çimərlikləri tamamilə qəhvəyi rəngdə görünüb, demək olar ki, dəniz suyunun mavi və firuzəyi rəngindən əsər-əlamət qalmayıb.

# 2916
avatar

Oxşar yazılar