Dünyanın ən bahalı çörəyinin satıldığı ölkələr açıqlanıb.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Azərbaycan çörəyin ən ucuz olduğu ölkələrin ilk onluğundadır.
Dünya üzrə çörəyin orta qiyməti
Orta hesabla 500 qramlıq buğda çörəyinin qiyməti təxminən 2 manat 70 qəpik təşkil edir. Ən bahalı çörək Cibutidə satılır, burada qiymət 16 manatdan çoxdur. Bu, ölkənin ərzaq idxalından yüksək asılılığı ilə izah olunur.
Ən bahalı on ölkə və region siyahısına həmçinin aşağıdakılar daxildir:
Bermud adaları – 14.72 manat
Kayman adaları – 10.85 manat
Monako – 9.17 manat
Baham adaları – 8.34 manat
Konqo – 8.06 manat
Mərkəzi Afrika Respublikası – 7.20 manat
İslandiya – 6.79 manat
Lixtenşteyn –6.69 manat
Cənubi Afrika Respublikası – 6.65 manat
Bu ölkələrdə çörəyin yüksək qiyməti əsasən idxal olunan taxıldan və istehsal xərclərinin çox olmasından qaynaqlanır.
Ən ucuz çörək Əlcəzairdə
Ən əlçatan çörək Əlcəzairdə satılır. Burada 500 qramlıq çörəyin qiyməti cəmi 0,28 manat təşkil edir. Bu, dövlət subsidiyalarının hesabına mümkün olub.
Əlcəzairi aşağıdakı ölkələr izləyir:
Tunis – 0,31 manat
Esvatini – 0,33 manat
Əfqanıstan –0,39 manat
Liviya – 0,46 manat
Çad – 0,57 manat
Özbəkistan – 0,63 manat
Qırğızıstan – 0,69 manat
Qazaxıstan – 0,70 manat
Azərbaycan – 0,73 manat
Beləliklə, Azərbaycan çörəyin əlçatanlığı üzrə dünyanın ilk onluğuna daxil olub.
Qeyd edək ki, bu gün - 16 oktyabr Ümumdünya Çörək Günü kimi qeyd olunur.