Rəngli çörəkdən mozaika rəsm əsəri düzəldilib.
Lent.az xarici mətbuata istinadən xəbər verir ki, Meksikanın Puebla əyalətinin Zacatlan şəhərində hər il ənənəvi olaraq qeyd olunan “Ölülər” günü tədbiri ilə əlaqədar 206.44 kvadrat metrlik mozaika rəsm əsəri "Ginnesin Rekordlar Kitabı"na düşüb.
"Ginnesin Rekordlar Kitabı"nın rəsmi açıqlamasına görə, rəsm dünyanın ən böyük mozaika rəsmidir.
Əldə edilən məlumatlara görə, rəsm üçün hər birinin diametri 20 santimetr olan 689 qramdan 50 min 10 ədəd rəngli çörəkdən istifadə edildiyi bildirilib.