Türkiyənin İstanbul şəhərində bir psixoloqun müştərilərinə “Səndə cin və pis enerji var” deyərək pul qarşılığında "dua" yazdığı iddia edilib.
Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, psixoloq bu iddialarla bağlı məhkəməyə verilib.
Həmin psixoloqun qurbanlarından birinin anası bu sözləri deyib:
“Cinləri çıxarır, şər varlıqları qovur, xüsusi ruh olduğunu deyirdi. Qızıma “gözlərimə bax, gör necə işıq saçır” deyə ona baxmasını istəyirdi. Bir dəfə görünməyən varlıqlarla danışdığını və həmin varlıqların qızımla məni istədiyini dedi”.
Başqa bir iddiaya görə, psixoloq tilsim, cadu kimi şeylərlə müştərilərini təsiri altına alır və hazırladığı mayeləri bədənlərinə sürtmələrini istəyib.
Hətta şikayətçilərdən birinin onun qəribə qoxulu maddələr hazırladığını bildirib.
“Dənizlərdən midye qabığı və Hindistandan gətirilmiş quşların lələklərini yığırdı. Daha sonra bunlardan qəribə qoxulu maddələr hazırlayırdı”.
Şübhəli şəxs kimi saxlanılan psixoloq isə iddiaları rədd edib. Araşdırmalar davam edir.