Alimlər hansı insanların daha tez qocaldığı ilə bağlı bir sıra araşdırmalar edib.
Lent.az xarici mediaya istinadən xəbər verir ki, antisosial davranışa meylli insanlar daha tez qocalır.
Mütəxəssislər Yeni Zelandiyada 1972-ci ilin aprelindən 1973-cü ilin martına qədər anadan olan 1037 nəfərin yaşam vaxtlarının araşdırmasından əldə edilən məlumatları təhlil ediblər. Onların hamısı 3 və 45 yaşlarında tibbi və psixoloji müayinələrdən keçiblər.
Məlum olub ki, antisosial davranış keçmişi olan iştirakçılar bioloji qocalma sürətini əhəmiyyətli dərəcədə sürətləndirib. Tədqiqat hesabatında deyilir ki, 45 yaşında onlar antisosial davranış səviyyəsi aşağı olanlardan orta hesabla 4,3 bioloji yaş böyük olublar.
Qeyd edək ki, psixologiyada sosial normaları pozan, başqalarının hüquqlarına məhəl qoymayan, empatiya hissinin olmadığı və ya tövbə etmə (hiylə, təcavüz, oğurluq, zorakılıq, yalan) ilə əlaqələndirilən davranışlar antisosial adlanır.