Vera Timoşenko
11 mart 2021 16:51 (UTC +04:00)

Vera Timoşenko

Bu dildə danışan sonuncu adam öldü

Rusiyada Aleut dilində sonuncu danışan Vera Timoşenko 93 yaşında vəfat edib.

Lent.az Rusiya mediasına istinadla bildirir ki, bu barədə Şimalın Yerli Azlıqlar Birliyində məlumat verilib.

“Rusiyada daha bir azaldı: Aleut dilinin berinq ləhcəsinin son danışanı Vera Terentyevna Timoşenko, 94 yaşında ölüb”, - məlumatda vurğulanır.

Vera Timoşenko Kamçatka sahilindəki Berinq adasının Nikolsk kəndində yaşayırdı. O, martın 9-da dünyasını dəyişib.

Aleut dili mütəxəssisi Yevgeni Qolovko ölkədə artıq bu dildə danışanın olmadığını  təsdiqləyib, amma bu dili öyrənən və Berinq adasının sakinlərinə öyrədən fəallar var.

Aleut dilində əvvəllər Aleut, Berinq və Mednıy adalarının yerli sakinləri danışırdı.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4425
avatar

Oxşar yazılar