Sevgini necə yaşatmalı? - Güclü münasibətin 3 sirri
11 oktyabr 2025 18:19 (UTC +04:00)

Sevgini necə yaşatmalı? - Güclü münasibətin 3 sirri

0

Amerikalı psixoloq uzunömürlü sevginin üç əsas sirrini açıqladılar.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, uzunömürlü münasibətlərin sirri “romantikanı diriltməkdə” deyil, həyatın dəyişən mərhələlərinə birlikdə uyğunlaşmaqda gizlidir.

“Partnyorlar bir müddət sonra bir-birini artıq ‘qızıl çərçivə’ içində görmürlər. Bu tamamilə təbiidir. Münasibətlər əvvəlki kimi parlaq görünməyə bilər, amma bu, sevginin bitməsi demək deyil. Əsas olan – hər yeni həyat mərhələsini birlikdə qarşılamağı və yeni bağlanma formaları yaratmağı bacarmaqdır,” – deyə Trevers vurğulayıb.

Psixoloqa görə, sevgi uzun sürən cütlüklər “möcüzəyə yapışanlar” deyil, dəyişikliklərə uyğunlaşmağı bacaranlardır. O, uzunömürlü münasibətlərin üç əsas sirrini sadalayıb.

1. Birlikdə dəyişə bilmək

Həyat heç vaxt plan üzrə getmir və ən möhkəm münasibətlər belə sınaqlarla üzləşir. Əsas amil dəyişikliklərə birlikdə uyğunlaşmaq və onları ortaq təcrübə kimi qəbul etməkdir.

2021-ci ildə dərc olunan tədqiqat göstərib ki, emosional xüsusiyyətlər tərəfdaşın davranışını formalaşdırır, bu isə münasibətin keyfiyyətinə birbaşa təsir edir. Üstəlik, stress səviyyəsi bu təsiri həm gücləndirə, həm də zəiflədə bilər.

Başqa bir tədqiqat müəyyən edib ki, hər iki tərəf dəyişiklikləri birlikdə gözlədikdə, münasibət daha sabit və məmnunluqverici olur.

2. Sağlam qarşılıqlı asılılıq

Psixoloqa görə, münasibətlər tarazlığını itirir, əgər bir tərəf hər şeyi təkbaşına daşıyırsa və ya əksinə, tərəflər o qədər “birləşir ki”, fərdiliklərini itirirlər. Yaxınlıq vacibdir, amma balans daha da vacibdir.

Çox güclü asılılıq münasibəti zəiflədir, çox müstəqillik isə uzaqlaşdırır. 2025-ci ilin iyulunda dərc edilən 57 araşdırmanın meta-analizi göstərib ki, əgər tərəflərdən biri xroniki xəstəliyi olan partnyoruna dəstək göstərirsə, bu, hər iki tərəfdə emosional məmnuniyyət və bağlılıq səviyyəsini artırır. Yəni, bir tərəfin stressə reaksiyası digərinə də təsir edir və çətinlikləri ortaq məsuliyyət kimi qəbul edən cütlüklər daha möhkəm bağ qururlar.

Treversin sözlərinə görə, münasibətləri uzunmüddətli edən təkcə sevgi deyil, birlikdə dəyişməyi, balansı və dəstəyi qorumaq bacarığıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 288

Oxşar yazılar