Almaniyanın Dortmund şəhərinin sakini, 41 yaşlı Kürşat Yıldırım bir gecədə on milyon avroya yaxın lotereya cekpotu qazanaraq milyonçu olub.
Lent.az xarici mətbuata istinadla xəbər verir ki, Yıldırım sentyabrın 24-də lotereyada qalib gəlib. Bununla belə, kişi son vaxtlar çinli kimi üzünü gizlətməyib, ailəsinə onun sərvətindən düşən pay barədə məlumat vermək istəyib. O,dərhal polad fabrikindəki işini tərk edib və paxıl insanları ələ salmaq üçün iki dəbdəbəli idman avtomobili alıb, həmçinin valideynlərinə və qardaşlarına pul göndərib.
O, jurnalistlərə hər şeydə güvənə biləcəyi həyat yoldaşı axtardığını deyib.
"Onun sarışın və ya qaraşın olması məni maraqlandırmır. Mən, sadəcə aşiq olmaq istəyirəm. Səyahət etməyi sevən və mənimlə evlənməyə hazır olan xanım axtarıram", - Kürşat deyib.
Bununla belə, milyonçu asan pul əldə etmək istəyən qadınları tanıya biləcəyi barədə xəbərdarlıq edib. Bundan əlavə, o, pulu etibarlı şəkildə gizlətməklə təhlükəsizliyin qayğısına qalıb.
Gələcəkdə ehtiyacı olanlara kömək etməyi xəyal edir. O, uşaqlara hədiyyələr vermək üçün Afrikaya getməyi planlaşdırır. “Mən çox insanı xoşbəxt edə bilərəm. Heç vaxt təkəbbürlü olmayacağam və unutmayacağam ki, mən sadə fəhlə ailəsindənəm”, - o etiraf edib.