Bill Qeytsin qızının evi DODAQ UÇUQLATDI  - 51 milyon...
16 fevral 2023 18:39 (UTC +04:00)

Bill Qeytsin qızının evi DODAQ UÇUQLATDI - 51 milyon...

Bill Qeytsin qızı və keçmiş həyat yoldaşı Melinda Cennifer şəxsi hovuzu olan üç mərtəbəli penthausda yaşayır.

Lent.az xarici KİV-ə istinadən xəbər verir ki, həmin ev 51 milyon dollar dəyərindədir.

Mənzilin sahəsi 826 kvadratmetrdir. Penthausda altı yataq otağı, altı vanna otağı, iki tualet, bir neçə terras və iki parkinq yeri var. Əvvəllər bu penthaus "Formula 1" çempionu Lyuis Həmiltona məxsus idi.

Binanın daxilindəki obyektlərə qapalı hovuz, idman zalı, türk hamamı və dam terrası daxildir. Bu evdə Cennifer Lourens, Castin Timberleyk və Cessika Bil, Rayan Reynolds və Bleyk Layvli, Harri Stayls, Ceyk Gyllenhaal, The Weeknd və digər ulduzlar da yaşayıb.

Cennifer Qeyts 2021-ci ilin oktyabrında Vestçesterdəki fermada tullanma üzrə Olimpiya çempionu Niel Nassarla evlənib. 16 milyon dollarlıq mülk onun Stenford Universitetini bitirdikdən sonra valideynləri tərəfindən hədiyyə edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2622
avatar

Fidan İlqar

Oxşar yazılar