Bakı qoçuları kitolarla necə mübarizə apardı? -  Belə yaranıb...
29 iyun 2022 17:16 (UTC +04:00)

Bakı qoçuları kitolarla necə mübarizə apardı? - Belə yaranıb...

Lent.az XIX əsrdə yaranmış, XX əsrin əvvəllərinə qədər yaşamış qoçuluqla barədə maraqlı məlumatı diqqətinizə çatdırır. 

Əvvəllər  “qoçu” neft maqnatlarının şəxsi mühafizəçilərinə deyirdilər. XIX əsrdə sürətlə varlanan Bakıda Tiflisdən gələn, özlərini “kito” adlandıran adamlar yerli tacirlər, sənayeçilər üçün əsl başağrısına çevrilmişdilər. Bakı milyonçuları da fiziki güclü, silahla davranmağı yaxşı bacaran kişiləri özlərinə qoruqçu  tuturdular. Az zaman içində qoruqçu sözü “qoçu” sözünə çevrildi.

Qoçular  öz hərəkətlərində iki şeyə arxayın idilər: biri muzdla xidmət etdiyi milyonçu və ya varlıya, ikincisi belindəki mauzerə. Mauzer qoçunun gücü və vahiməsi idi. Bakıda hər bir məhəllənin və hər bir kəndin qoçusu var idi. Qoçular arasında tez-tez münaqişələr baş verirdi. Əksər qoçuların kiçik silahlı dəstələri olurdu.

1918-ci ilin mart faciəsində  Bakı qoçuları ermənilərə layiqli cavab verməklə Bakını və bakılıları müdafiə etmişdilər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2802
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar