Antalya hava limanında  bir fincan çayın qiymətini   görənlər TƏƏCCÜBLƏNDİ
06 mart 2025 14:56 (UTC +04:00)

Antalya hava limanında bir fincan çayın qiymətini görənlər TƏƏCCÜBLƏNDİ

Antalya hava limanında bir məkanda uçuşdan əvvəl çay içmək istəyən vətəndaşlar qiymətlərdən şoka düşüblər. Vətəndaş 3 karton stəkan çaya 766 lirə 50 quruş (təxminən 36 manat) ödədiyi halda, bu baha qiymət sosial mediada böyük əks-səda doğurub. 

Lent.az-ın xarici mediaya istinadlaxəbərinə görə, vətəndaşlar yaşayış bahalığından şikayətlənsə də, tez-tez bazar, kafe və restoranlarda baha qiymətlər ön plana çıxır. Son olaraq, Antalya hava limanının beynəlxalq terminalında yerləşən Simit Sarayında çayın qiyməti gündəmə gəlib. 

Bir fincan çayın qiyməti 255 lirə

Uçuşdan əvvəl hava limanında çay içmək istəyən 3 vətəndaş ödədikləri qiymətdən şoka düşüb. İstifadəçi sosial şəbəkədəki paylaşımında 3 karton fincan çaya 766 lirə 50 quruş ödədiyini bildirib. Bir karton stəkan çayın 255 lirə 50 quruş (12 manata yaxın) olması istifadəçilərin sərt reaksiyasına səbəb olub.


 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 684

Oxşar yazılar