Ana oğlunun ürəyini  verərək xəstəni xilas etdi
08 iyul 2023 18:20 (UTC +04:00)

Ana oğlunun ürəyini verərək xəstəni xilas etdi

Taylandda qadın oğlunun ürəyini bir xəstəyə bağışlayaraq onun həyatını xilas edib.

Lent.az “The Thaiger”a istinadla xəbər verir ki, Taylandda yaşayan Sofa Noijinda adlı qadının oğlu qəza keçirib. Oğlan ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. Nəticədə o, süni nəfəs aparatına qoşulub. Həkimlər anaya oğlunun sağ qalma şansının çox az olduğunu bildiriblər. Daha sonra ona orqan donorluğunu təklif ediblər. Qadın Sanqsinin sağ qalacağına ümid edərək həkimlərin təklifinidən dərhal imtina edib.

Lakin bir neçə gündən sonra qurbanın vəziyyəti xeyli pisləşib. Bədəni sərtləşməyə başlayıb və orqanları sıradan çıxıb. Amma yenə də transplantasiya üçün uyğun vəziyyətdə olub. Bu zaman Neujinda qəzadan az əvvəl internetdə gördüyü orqan transplantasiyası ilə bağlı videonu xatırlayıb. Qadın oğlunun ehtiyacı olan xəstəni xilas edə biləcəyinə qərar verib və ürəyiköçürməyə razı olub.

“İnsanlar oğlumu necə buraxa biləcəyimi soruşdular. Çünki hələ də nəfəs alırdı. Amma bilirdim ki, o, ancaq aparatın sayəsində yaşayır. Onu cihazdan ayırsaydıq, sağ qalmazdı”, - deyə ana bildirib.

Noijindanın hərəkətindən xəbər tutan bir çox internet istifadəçisi onu cəsarətinə görə təbrik edib. Qadına ehtiyacı olan bir insana yeni həyat bəxş etdiyi üçün təşəkkür edilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3363
avatar

Sevinc Fərid

Oxşar yazılar