Alimlər Buz dövründə yaşamış yeni qurbağa növü  aşkarladılar
16 avqust 2026 22:28 (UTC +04:00)

Alimlər Buz dövründə yaşamış yeni qurbağa növü aşkarladılar

0

ABŞ-da alimlər Los-Ancelesdəki La Brea Tar Pits ərazisində Buz dövründə yaşamış və əvvəllər elmə məlum olmayan qurbağa növünü müəyyən ediblər.

Lent.az xəbər verir ki, “Spea labreae” adlandırılan yeni növə aid qalıqlar əslində 1929-cu ildə aşkar edilmişdi.

Lakin uzun illər muzey kolleksiyasında saxlanılan bu qalıqlar ətraflı şəkildə araşdırılmayıb.

Tədqiqatçılar son araşdırmalar zamanı onların ayrıca bir növə aid olduğunu müəyyənləşdiriblər.

Alimlərin sözlərinə görə, kəşf Kaliforniyanın qədim iqlimi və həmin dövrdə heyvanların yayılma arealı barədə yeni məlumatlar əldə etməyə imkan verir.

“Spea labreae”nin La Brea Tar Pits-də aşkar edilmiş ilk yeni nəsli kəsilmiş qurbağa növü olduğu bildirilir.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 132

Oxşar yazılar