Türkiyəli tanınmış aktrisa Afra Saraçoğlu son günlərdə gündəmlərdən düşmür.
Lent.az xəbər verir ki, sənətçi həm aktrisalığı, həm də şəxsi həyatı ilə çox danışılır.
Məlumata görə, bu dəfə Saraçoğlu reklam qiymətlərini artırması ilə diqqət çəkib.
Belə ki, Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra aktrisa bütün işlərini dayandırmışdı. Fasilədən sonra keçən həftə yenidən setlərə dönən Afra çox keçmədən bir çox layihədən təklif alıb. Ancaq aktrisa təkliflərin sürətlə artması ilə reklam qiymətlərini 10 milyon tl-yə( təxminən 900 min manat) qədər qaldırıb.
Qeyd edək ki, Afra Saraçoğlu hazıra "Yalı Çapkını" serialında baş rollardan birini canlandırır.