98 yaşlı kişinin meyiti canlı yayımda yarıldı
04 noyabr 2021 07:13 (UTC +04:00)

98 yaşlı kişinin meyiti canlı yayımda yarıldı

Prosesi təqaüddə olan həkim icra etdi.

ABŞ-ın Portlend şəhərində maraqlı eksperiment həyata keçirilib. 

Lent.az-ın xəbərinə görə, şəhərdəki otellərin birində meyitin yarılması prosesi nümayiş etdirilib. Təqaüddə olan patoloq-anatomun  meyiti yarmasına yerində izləyənlərin hər biri 500 dollar ödəməli olub. Proses canlı yayımlanıb. Əməliyyatı icra edən həkim meyitin daxili orqanlarını çıxarıb, hər orqanın funksiyasını izah edib.

Hadisə ictimaiyyət arasında birmənalı qarşılanmayıb. Bununla belə, tədbirin təşkilatçıları bunun sırf pedaqoji xarakter daşıdığını bildiriblər. Qeyd olunub ki, prosesdən əvvəl meyitin sahiblərinin razılığı alınıb.
 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 4965
avatar

Oxşar yazılar