90 manatlıq saqqız  çeynəyən ifaçı: “Çox əsəbiyik”
26 yanvar 2023 11:15 (UTC +04:00)

90 manatlıq saqqız çeynəyən ifaçı: “Çox əsəbiyik”

Sosial şəbəkələrdə iddialı paylaşımları ilə adından söz etdirən ifaçı Ebru Polat yenə maraqlı açıqlamaları ilə gündəmə gəlib.

Lent.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, 39 yaşlı müğənni uşaq sahib olmaq istəmədiyini deyib. O, övladlıq götürməyi düşündüyünü bildirib.

“Biz türklər çox əsəbiyik. Onun üçün Taylanddan bir uşağı övladığa götürmək istəyirəm. Genetik baxımından onlar bizdən sakitdirlər. Ana olmaq üçün onu dünyaya gətirmək şərt deyil. Analıq etdiyin uşaq sənin övladındır”,-deyə ifaçı deyib.

Qeyd edək ki, sənətçi bu yaxınlarda yalnız qiyməti 90 manat olan saqqız çeynədiyini açıqlamışdı. Saqqızın ödəniş qəbzini paylaşan müğənni izləyicilər tərəfindən tənqid olunmuşdu.

# 3672
avatar

Sevinc Fərid

Oxşar yazılar