Əhvalatın başlanğıcı 1956-cı ilə gedib çıxır.
Lent.az-ın xəbərinə görə, Kasablanka sakini olan qadın hamilə olduğundan şübhələnərək ginekoloqa gedir. Lakin o dövrün texnikası hamiləliyi müəyyən etməyə imkan vermir. Ancaq gənc qadın bilmirdi ki, onun bətnində bir döl inkişaf edir.
Mərakeşli qadın 9 ayın sonunda ölü uşaq dünyaya gətirir və hər şeyin bitdiyini zənn edir. Qadının bətnində qalmış rüşeym isə uşaqlıqdan kənarda inkişaf etməyə başlayır. Lakin bu rüşeym xüsusi qığırdaq təbəqəsi ilə örtüldüyündən qadının sağlamlığına ziyan vurmur.
2002-ci ildə 76 yaşlı qadın qarın nahiyəsində kəskin ağrılarla eyni xəstəxanaya müraciət etdikdə hər şey məlum olur: qadın 46 ildir bətnində 3,7 kiloqram şəkidə, 42 sm uzunluqda uşaq gəzdirirmiş. Döl qadının bətnində fosilləşmişdi.
Tibb elmində bu hal litopedion adlanır, yəni daşlaşmış uşaq.
Hadisə 2002-ci ildə baş versə də, indi açıqlanıb. Bunun səbəbi qadının ötən ay vəfat etməsidir. Tibbi etika pasientin sağlığında belə halların açıqlanmasını məqbul saymır.