"3x4"ə şəkillərdə niyə gülmək olmaz? - CAVAB
03 yanvar 2023 19:29 (UTC +04:00)

"3x4"ə şəkillərdə niyə gülmək olmaz? - CAVAB

Lent.az-ın “Bir sual, bir cavab” rubrikasında bu günə olan mövzu sənədlərdəki fotolarda gülmüsəməyin niyə qadağan olması ilə bağlıdır.

Şəxsiyyət vəsiqələrində, pasportlarda, işə qəbul olmaq üçün hazırladığımız cv-lərdə və digər rəsmi sənədlərdə biometrik fotolar (3x4 şəkil) tələb olunur. Bu fotolar öyrəşdiyimiz şəkillərdən fərqli olaraq ancaq başdan çəkilir. Bu şəkillərdə çox makiyaj edə, yan dayana və gülə bilməzsiniz.

Bəs, bu qaydaların səbəbi nədir? Niyə biometrik fotolarda (3x4) gülmək qadağandır?

Lent.az bununla bağlı kiçik bir araşdırma aparıb.

Texnologiyanın inkişafı istifadə etdiyimiz pasportları və şəxsiyyət vəsiqələrini ağıllı edib. Bu gün bu sənədlər üzərindəki banderol və çip kimi xüsusiyyətlər şəxs haqqında bütün məlumatlara anında giriş imkanı verir. Buna görə də biometrik fotoşəkillərə müəyyən qaydalar qoyulur. Sistem sizin çox makiyaj etdiyiniz və ya başqasına bənzəmək üçün poza verdiyiniz zamanı deyil, təbii halınızı qeyd etmək istəyir.

Dünya standartlarına uyğun olaraq, biometrik fotoşəkiliniz ortada, düz görünən, qaşqabaqsız və gülümsəmədən olmalıdır. Üstəlik, bunlar təkcə kifayət deyil. Fon ağ rəngdə, fotoşəkilin həlli 400 dpi, fotonun ümumi ölçüsü 50 mm x 60 mm, üzünüzün olduğu sahənin hündürlüyü 36 mm olmalıdır.

Bunlardan əlavə, hava limanlarında pasportları rəqəmsal olaraq yoxlayan FR sistemləri ağız, burun və iki göz arasındakı məsafəni ölçə bilir. Burada həddindən artıq gülmək bu yoxlanışı nəticəsiz qoyur. Üzünüzdə 14-20 nöqtə müəyyən edilir ki, bu da pasportdakı biometrik fotoşəkillə müqayisədə uyğunsuz olur. Bu müqayisə uyğun gəlmirsə, ölkəyə daxil olmanız qadağan edilə bilər.

Eyni zamanda, çəpgözlük problemləri olan insanlar da pasportun yoxlanılması ilə bağlı problemlər yaşaya, təsdiq ala bilməzlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9090
avatar

Fidan İlqar

Oxşar yazılar