30 manata marixuanalı pizza – TAM LEQAL
28 noyabr 2021 00:29 (UTC +04:00)

30 manata marixuanalı pizza – TAM LEQAL

Tailandda narkotik vasitələrlə bağlı qanunvericiliyin qismən yüngülləşdirilməsi iş adamlarına yeni imkan verib.

Lent.az-ın xəbərinə görə, məşhur şirkətlərdən biri fürsətdən istifadə edərək müştərilərinə marixuanalı pizza təklif edir. 
Əslində şirkət mariaxuana yarpağını pizzaya bəzək kimi istifadə edir. O da sobada yandıqda heç bir təsiri qalmır. Başqa sözlə, pizzanın üzərindəki marixuana yarpağı sırf simvolik xarakter daşıyır. Yeni növ piza çox bahadır – təxminən 30 manat.

Qeyd edək ki, Tailandda şəxsi istehlak üçün yalnız marixuana leqallaşdırılıb. Digər psixotrop maddələrdən, xüsusən də sintetik narkotiklərdən istifadə çox ağır cəzalandırılır.  
 

# 2763
avatar

Oxşar yazılar