Avstraliyalı qadın 2024-cü ildə 600 kişi və qadınla yatmağı qarşısına məqsəd qoyub. Keçən il 26 yaşlı Enni Nayt bir ildə 300 sevgilisi olduğunu iddia edərək manşetlərə çevrilmişdi. Bu il o, sayı qaldırıb - hədəfi 600 nəfərdir. Anası isə onun erotik cəhdlərini dəstəkləyir.
Lent.az bildirir ki, "Love Don't Judge" jurnalına verdiyi müsahibədə 26 yaşlı sarışın bu xəbəri anası Karinə deyəndə "gözlənilməz şəkildə ümidverici cavab" aldığını deyib. Anası soruşub: "Sən nə etdiyini bilirsən? Bəlkə də bir qadının həyatında etdiklərini idarə edə biləcəyini göstərməyə çalışırsan”.
Ancaq hər kəs qızın cinsi iştahını dəstəkləmir. "Mən çox qarışıq reaksiyalar alıram", - o, etiraf edib. "Bəzi insanlar çox dəstək oldular, insanların çoxu məni sinsi yolla keçən xəstəliklərdə və iyrənc olduğumu söyləyərək mühakimə etdi".
Naytın yalnız OnlyFans hesabı var və hər hansı bir xoşagəlməz infeksiya üçün mütəmadi olaraq yoxlanılır. "Mən təhlükəsizəm, çünki işimlə bağlı təhlükəsiz olmalıyam”, - o deyib.
Enni qeyd edib ki, cinsi davranışlarına gəldikdə, kişilər və qadınlar fərqli standartlara riayət edirlər: “Gündə beş qadınla yata bilən kişi ilə eyni şeyi edən qadın arasında nə fərq var? Başa düşə bilmirəm, niyə kişi bunu edəndə onu tərifləyib əfsanə adlandırırlar, amma qadın bunu edəndə bizə ad qoyub ələ salırlar. Bu, sadəcə olaraq ədalətli deyil”.
Həm kişi, həm də qadınla yatan biseksual gözəl keçən il 300 sevgilisi olduğunu iddia etdikdən sonra manşetlərə düşüb. İddialı gözəl 2024-cü ildə sayını 365-ə çatdırmaq istəsə də, iyun ayına qədər bu rəqəmi demək olar ki, keçib. İndi Nayt deyir ki, o, 600-ə çatdırmaq qərarına gəlib.