121 ildir  sönməyən lampa: Sirri hələ də açılmayıb...
27 dekabr 2022 16:12 (UTC +04:00)

121 ildir sönməyən lampa: Sirri hələ də açılmayıb...

ABŞ-ın Kaliforniya ştatının Livermol şəhərində 1901-ci ildən bəri 121 ildir yanan lampa rekord qıraraq adını tarixə yazdırıb.

Lent.az xəbər ki, "Livemore-Pleasanton" Yanğınsöndürmə Departamentində asılan lampa o vaxtdan bəri yanır və bu günə qədər heç sönməyib. 1895-ci ildə “Shelby Elektrik” fabrikində hazırlanan lampanın 121 il yanmağa davam etməsi də təəccübə səbəb olub.

Məlumatlara görə, lampa taxılan dövrdə Osmanlı İmperiyasında İkinci Abdülhəmid taxtda idi. Atatürk isə hələ 20 yaşlı tələbə idi.

Normalda satın alınan bir lampanın ömrü bir ildən az və ya çox olmasına rəğmən, heç sönməyən bu lampanın sirri hələ də müəmmalı olaraq qalır.

121 ildir istismar edilən lampa Ginnessin Dünya Rekordlar Kitabına adını yazdırmağı bacarıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 2259
avatar

Nigar Namiq

Oxşar yazılar