Türkiyənin Artvin vilayətində 1100 yaşı olan armud ağacının meyvəsi dərilib.
Lent.az-ın Anadolu Agentliyinə istinadla xəbərinə görə, dəniz səviyyəsindən 2000 metr yüksəklikdəki kənddə bitən ağacın məhsuldarlığı kifayət qədər yüksəkdir. Bu həm də dünyanın ən yaşlı armud ağacıdır. Vilayətdə 4-5 əsrlik ağaclar kifayət qədər çoxdur.
Nadir təbiət abidəsi olan ağacın yaşı laboratoriyada təyin edilib.
Ağacın gövdəsi 6,5 metrdir. Onun çoxaldılması üçün zoğlar götürülüb.