Zorik: “Nazir olmaq istəyirəm”
09 aprel 2013 16:33 (UTC +04:00)

Zorik: “Nazir olmaq istəyirəm”

 

Daim qalmaqalları ilə yadda qalan rejissor və prodüser Zorik (Zöhrab Ağayev) 40 yaşında Azərbaycanın mədəniyyət və turizm naziri olmaq istədiyini deyib. Lent.az-ın məlumatına görə, bu fikri Zorik gun.az saytına müsahibəsində səsləndirib. O bildirib ki, hazırkı vəziyyətinə öz əməyi ilə çatıb və daha da irəli getmək arzusundadır: “Mən bu sənətə başqalarından fərqli olaraq, kiminsə köməkliyi ilə gəlməmişəm. Özüm və ailəmin dəstəyi ilə gəlmişəm. Qalmaqallarda ona görə adım hallanır ki, dediklərimin hamısı düz çıxır. Əslində, adımın hallandığı heç bir qalmaqalın təməlini özüm uydurmuram. Sadəcə, mənə söz atıblar, cavablarını vermişəm və sözümün arxasında dayanmışam. Məni ilk gündən sözün düzünü deyən biri kimi tanıyıblar. Hətta bir dəfə demişdim ki, 40 yaşımda mədəniyyət və turizm naziri olmaq istəyirəm. Mənə dedilər ki, qorxmursan, belə sözlər danışırsan? Dedim ki yox, elə bir əsgər yoxdur ki, general olmaq istəməsin. Hər bir insanın bir istəyi, arzusu var. Mən də istəyirəm ki, mədəniyyət naziri olum”.

# 2309
avatar

Oxşar yazılar