“Zorik” ləqəbi ilə tanınan rejissor Zöhrab Ağayev Həcc ziyarətinə hazırlaşır. Lent. az-a açıqlama verən Zorik deyib ki, bu xəbəri bir çoxları normal qarşılamadı: “Heç kimin fikri mənimçün maraqlı deyil. Etiraf edirəm ki, Allah qarşısında çox günahlarım var. Amma ziyarətdə olduğum zaman Allahdan ilk növbədə şəxsi həyatımı, geyimimi, hərəkətlərimi müzakirə edən insanların günahından keçməsini diləyəcəyəm. Bilsinlər ki, bu həyatda bir insanın dalınca danışmağın özü də bir günahdır. Ziyarətə yola düşəndə ilk növbədə küsülü olduğum adamlara zəng eləyəcəyəm. Halallıq istəyəcəyəm. Həmin
adamların adlarını isə, səfərdən qayıtdıqdan sonra söyləyəcəm. Artıq səfərimin vaxtı da dəqiqləşib. Uzağı bir aya, bir ay yarıma gedirəm. Deyə bilərəm “kitayski həcilər”dən olmayacam. İndi bəziləri ziyarətdən qayıtdıqdan sonra yenə “mütürüf” kimi yaşayırlar. On manata görə, tullanıb - düşürlər. Həccə getməyimi reklam etməyəcəm.”
Daha sonra Zorik bildirib ki, Həcc ziyarətindən qayıtdıqdan sonra şou-biznesdə yox, başqa sahədə çalışacaq: “Sənətimi dəyişəcəyəm. Artıq bu yöndə bir neçə addımlar da atmışam. Bizneslə məşğul olacağam. Oxuduqlarımdan o qənaətə gəldim ki, ziyarətdən sonra şou-biznesdə qala bilmərəm. Etiraf edim ki, bu sənətdə olmağımın özü bir günahdır.”