Çində, Şanxaydakı zooparkda faciəli hadisə baş verib. Lent.az-ın «Assoşieyted press»-ə istinadən məlumatına görə, nadir pələng cinsi (Panthera tigris amoyensis) baxıcısını yeyib.
Zooparkın əməkdaşı qəfəsə girərək, heyvanı yerbəyer etmək istərkən pələng ona hücum edib.
Mənbə xatırladıb ki, bu yırtıcı Şanxay zooparkında 9 ildir yaşayır. Çin təbiətində isə artıq pələng yoxdur. Onların hamısı heyvanxanalardadır. Əvvəllər belə pişikimilər dağlıq meşələrdə geniş yayılıbmış.