Gənc və iddialı müğənni Zarina Məmmədovanın dünən 25 yaşı tamam olub. Lent.az-ın məlumatına görə, ifaçı doğum gününü təntənəli şəkildə qeyd etməyib. Ancaq ən yaxın dostlarından çoxlu sayda hədiyyə alıb:
"Mənə bir çox dəyərli hədiyyələr verdilər. Zinət əşyalarından tutmuş, ətirlərə qədər. Amma ən çox yadda qalan hədiyyə, yaxın rəfiqəmin verdiyi oyuncaq oldu. Oyuncaq özümdən böyükdür. Onu hara qoyacağımı bilmirəm.”
Dostlarından hədiyyə almaqla yanaşı, ifaçı özü-özünü də təbrik edib: " Bu günlərdə növbəti mahnımı yazdırmışam. Adı "Həyat səhnə " dir. Musiqisi Pərviz Mahmudovun sözləri isə Leyli İsrafilovanındır. Düşünürəm ki, bu mahnım da digər mahnılarım qədər seviləcək.”