Yeni ailə quran müğənni xanımı ilə İlhamə Quliyevaya baş çəkdi
26 noyabr 2015 13:22 (UTC +04:00)

Yeni ailə quran müğənni xanımı ilə İlhamə Quliyevaya baş çəkdi

Azərbaycanlı müğənni Vüqar Nağıyev Mərkəzi Neftçilər Xəstəxanasında müalicə olunan xalq artisti İlhamə Quliyevaya baş çəkib. Lentaz-ın məlumatına görə, yeni ailə quran müğənni həyat yoldaşı ilə birgə xalq artistinin qəbulunda olub. Görüşdən sonra təəssüratlarını bölüşən ifaçı bildirib ki, xalq artistini ziyarət etdiyinə görə məmnundur.

 

Onu da əlavə edək ki,  xalq artistini ziyarət edənlər arasında bəstəkar Gövhər Həsənzadə də olub.

 

Qeyd edək ki, hazırda Mərkəzi Neftçilər Xəstəxanasında olan İ.Quliyeva səhhəti barədə bu sözləri demişdi: “Axşam saat 12-dən saat 3-ə qədər burnumdan qan gəlməyə başladı. Dərhal məni Neftçilər xəstəxanasına yerləşdirdilər. Həkimlər qanaxmanı saxlaya bilmirdilər. Güclə qarşısını aldılar. Şəkərim 570-ə qalxmışdı. İndi xəstəxanada məndən analizlər götürürlər ki, bilsinlər, mənə daha hansı həblər verilib. Qulluqçum Mehriban Hüseynovanın başıma açdığı oyunlardan sonra əsəb sistemim çox pozulub. Stress keçirmişəm. Çox pis vəziyyətdəyəm. Orqanizmimə yedizdirdiyi dərmanların fəsadlarını yaşayıram. Səhhətim elə ona görə də pisləşib. Neftçilər xəstəxanasında xüsusi diqqət göstərdilər. Elə buna görə də oranın baş həkimi Leyla Seyidbəyovaya və oranın bütün işçi heyətinə minnətdaram. Ümidim Allahadır. İnanıram ki, yaxşı olacam”.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 424

Oxşar yazılar