Yataq xəstəsi olan Nuriyyə Əhmədovaya ev verildi
10 iyun 2015 13:33 (UTC +04:00)

Yataq xəstəsi olan Nuriyyə Əhmədovaya ev verildi

 

Yataq xəstəsi olan xalq artisti Nuriyyə Əhmədovaya ev verilib. Lent.az-ın məlumatına görə, bu barədə aparıcı Elgiz Əkbər “Günəbaxan” verilişində deyib. O bildirib ki, xalq artisti bu yaxınlarda yeni mənzilinə köçəcək: “Nuriyyə xanıma sevindirici xəbər vermək istəyirəm. Nuriyyə xanım, bu yaxınlarda yeni evinizə köçəcəksiniz. Avropa Oyunlarından sonra bu şad xəbəri daha geniş formada işıqlandıracağıq”.

 

 

Qeyd edək ki, N.Əhmədova evsiz olduğuna görə əməkdar artist Nahidə Orucovanın mənzilində yaşayırdı. O, bu yaxınlarda həmkarının evindən çıxdığını da açıqlayıb.

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 413

Oxşar yazılar