Yaşar Cəlilov "Ulduzlu gecə"yə klip çəkdirdi
08 yanvar 2015 10:20 (UTC +04:00)

Yaşar Cəlilov "Ulduzlu gecə"yə klip çəkdirdi

 

Müğənni Yaşar Cəlilov son hitlərindən olan “Ulduzlu gecə” mahnısına klip çəkdirib. Lent.az-ın məlumatına görə, ekran işi ötən gün tamaşaçıların və sosial şəbəkə istifadəçilərinin ixtiyarına verilib.

Musiqisi bir çox məşhur mahnıların bəstəkarı Kamala, sözləri tanınmış nəğməkar-şair Baba Vəziroğluya məxsus olan “Ulduzlu gecə”yə rejissor Elmir Süleymanov quruluş verib. Klip mahnıya uyğun olaraq yaşanılmış sevgi hekayətini əks etdirir. Ekran işində Yaşarın tərəf müqabili model Yuliya Gracedir.

Çəkilişlər Novxanıda aparılıb. Klipin operatorluğunu da rejissor edib. Montaj üzərində  Elnar Haşımov çalışıb.  Layihənin prodüseri Vüsalə Kərimova, meneceri Natiq Cananlı, stilisti Elnur Həsənovdur.  

"Ulduzlu gecə" klipi ilə bu linkdə tanış olmaq olar: 

 

https://www.youtube.com/watch?v=vImHurInSiE&feature=youtu.be

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 315

Oxşar yazılar