İsveçin Malmö şəhərində keçiriləcək “Eurovision-2013” mahnı müsabiqəsində daha b ir neçə ölkə öz təmsilçisini seçib. Lent.az-ın müsabiqənin rəsmi saytına istinadən verdiyi xəbərə görə, Norveç və Xorvatiya müsabiqədə onları təmsil edəcək şəxsləri seçiblər.
Norveçi bu müsabiqədə Marqaret Berqer təmsil edəcəkdir.
Mayın 16-da keçiriləcək müsabiqənin ikinci yarımfinalında “I Feed You My Love” (“Səni eşqimlə bəsləyirəm”) mahnısını səsləndirəcək.
Xorvatiyanı isə altı müğənni təmsil edəcək. İkisi tenor, ikisi bariton, ikisi bas olmaqla 6 nəfərdən ibarət müğənni təmsil edəcək. Xorvatiya müsabiqənin birinci yarımfinalından çıxış edəcək.
İtalya isə müsabiqədə təmsilçisini fevralın 16-da seçəcək.