Müğənni Xatirə İslam öz libaslarını sosial şəbəkədə satışa çıxarıb. Lent.az-ın məlumatına görə, ifaçı “İnstagram” səhifəsində bildirib ki, satılmış geyimlərdən əldə olunan gəlirlər ehtiyacı olan insanlara veriləcək: “Geyimlərimi satıram, qazanılan pulları ehtiyacı olan insanlara verəcəm. Alın, sizə yaxşı olsun, mənim də evdə yerim boşalsın”.