“İlk növbədə Dövlət Musiqili teatrının aktrisasıyam, müğənniyəm. Bunu anlamayanlar məni heç maraqlandırmır”.
Bu sözləri Lent. az-a Musiqili teatrın aktrisası, əməkdar artist Xanım Qafarova ifaçılıq etməsinin birmənalı qarşılanmadığından söz açarkən deyib: “Yalnız Azərbaycandadır, aktrisa müğənnilik edirsə, qəbul olunmur. Amma müğənni aktrisalıq edirsə, bu işə normal baxırlar. Bunun səbəbini heç özüm də bilmirəm nədir?! Amma mənim ifaçılığımı qəbul etməyənləri də normal qarşılayıram. Çünki hamı bir nəfəri sevə bilməz. Lakin buna baxmayaraq, əksər insanlar müğənniliyimi qəbul eləyir”.