Xalq artisti Firəngiz Mütəllimova və bacısı Nərgiz Mütəllimova Türkiyəyə yola düşüb. Lent.az-ın məlumatına görə, qardaş ölkədə olan bacılar Türkiyənin tanınmış müğənnisi İbrahim Tatlısesin oğlu İbo ilə görüşüblər. Görüşdən məmnun qalan F.Mütəlllimova fotolarını “İnstagram” səhifəsində paylaşaraq, “Canım İbo, yeni klipində sənə uğurlar”, sözlərini yazıb.
Onu da əlavə edək ki, F.Mütəllimova səhhəti ilə bağlı Türkiyədə müayinədə olunub.