Xəbər verdiyimiz kimi, dünən tanınmış rejissor Kənan M.M həbs edilib. Lent.az-ın axşam.az-a istinadən verdiyi məlumata görə, buna rejissorun bir qrup şəxslə müğənni Vüqar Muradov və qardaşını döyməsi səbəb olub.
Məsələylə bağlı sənətçi V.Muradov açıqlama verib. Müğənni bildirib ki, Kənan M.M “Ulduzların döyüşü” realiti şousunda finalda ona uduzmasını həzm edə bilməyib:
“15 nəfər boynu yoğun kişi ilə üstümə gəlmişdi. Mənim yanımda yalnız qardaşım var idi. Mənə zəng vurub toy danışmaq adıyla bir yerə çağırdılar. Orada Kənanı və adamlarını gördüm. Məqsədi məni döyüb, zavallı halda videoya çəkib, “Youtube”a yerləşdirmək idi. Amma buna nail ola bilmədi. Bir insanın üstünə iki, üç adam gələr. Mən 15 nəfərə necə cavab verərdim? Kənanın bu hərəkəti cinayətdir. Qanunla ona və yanındakılara 3 ildən 5 ilə qədər həbs cəzası gözlənilir. Polis tərəfindən davanın qarşısı alındı. Onun söyüşlərini heç vaxt bağışlamayacaqdım. Dünən Kənanı əlləri qandallı halda gördüm, ürəyim ağrıdı. Mənə yaxınlaşdı, haqqını halal et dedi. Mən də haqqımı halal edirəm. İndi polis idarəsinə gedirəm. Şikayətimi geri götürəcəm. Onu Allah bağışlasın. 38 yaşlı kişiyə, ailəsi, uşaqları, xəstə anası olan birinə bu yaraşmaz. Haqqımı Kənana halal edirəm, yetər ki, məndən uzaq olsun”.

Vüqardan Kənan M.M barəsində ŞOK AÇIQLAMA
Oxşar yazılar

Hadisədən "qocaldın" şərhlərinə CAVAB: "Qorxuda bilməzsiniz"
17 iyul 2025 , 18:55
“Səs Azərbaycan”ın iştirakçısı vəfat etdi
17 iyul 2025 , 18:28
"İki dəfə yıxıldım, səhhətimdə ciddi problemlər yarandı" - Aktrisa danışdı
17 iyul 2025 , 16:51
Tanınımış aparıcı AzTV-dən ayrıldı
17 iyul 2025 , 01:26
Bakı rusiyalı aparıcılardan imtina etdi - Murad Dadaşov aparacaq
16 iyul 2025 , 12:39
Hüquqi nəzarət altına düşən beş ULDUZ
15 iyul 2025 , 19:59
Beyons konsertdən əvvəl qarət olundu
15 iyul 2025 , 14:51